Astana akimatlığının nümayəndə heyəti Bakıya işgüzar səfərə gələcək

Səfər bu il sentyabrın əvvəlinə planlaşdırılıb

Səfər bu il sentyabrın əvvəlinə planlaşdırılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Astana akimatlığının nümayəndə heyəti yaxın vaxtlarda Bakıya işgüzar səfərə gələcək.

"Report"un məlumatına görə, nümayəndə heyətinin tərkibinə Qazaxıstan paytaxtının bəzi rayonlarının akimləri daxil olacaq.

Bu il sentyabr ayının əvvəlinə planlaşdırılan tanışlıq səfəri zamanı nümayəndə heyəti Bakının rəsmi şəxsləri ilə görüşlər keçirəcək, həmçinin Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olacaq.

Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirlir.