BMT TŞ bazar ertəsi Suriyanın Afrin şəhərindəki vəziyyətlə bağlı iclas keçirəcək

Fransa iclasda humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu vurğulamaq niyyətindədir

Fransa iclasda humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu vurğulamaq niyyətindədir

Bakı. 21 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası bazar ertəsi, yanvarın 22-də Türkiyənin Afrin şəhərində "Zeytun budağı" adlı hərbi əməliyyat aparması ilə əlaqədar Suriyadakı hadisələrin inkişafını müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu bazar günü Fransanın xarici işlər naziri Jan-İv Le Drian öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Fransa iclasda humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu vurğulamaq niyyətindədir.