Çində zəlzələ nəticəsində 8 nəfər ölüb, 11-i yaralanıb

Yeraltı təkanlar 5,5 bal gücündə qeydə alınıb

Yeraltı təkanlar 5,5 bal gücündə qeydə alınıb

Bakı. 11 may. REPORT.AZ/ Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 5,5 bal gücündə zəlzələ cümə axşamı Sintszyan-Uyğur muxtar dairəsində qeydə alınıb.

Zəlzələnin episentri Kaşqar perfekturasının dairənin uzaq Taksorqan rayonu ərazisinə düşüb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində yerləşib.

Bir sıra binaların divarları zərər çəkib və ya dağılıb. Ölənlər barədə məlumatlar daxil olmaqdadır.