Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Herbert Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək

Herbert Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.

H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcək.

Ermənistan KİV-nin məlumatına görə, Aİ-nin xüsusi nümayəndəsi bu həftə Ermənistana da səfər edəcək.