Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir

Bakı. 4 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 4-də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

"Report"un məlumatına görə, sənəddə aşağıdakı dəyişikliklər edilib. 

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506; Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 912-VQD nömrəli Qanunu) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14.3-cü maddəyə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Bu Qanunun 14.3-1-ci və 14.3-2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

1.2. Aşağıdakı məzmunda 14.3-2-ci maddə əlavə edilsin:

14.3-2. Bu Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:
14.3-2.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə4 manat
14.3-2.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə20 manat
14.3-2.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə25 manat

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.