Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Kərim Vəliyev ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuperlə görüşüb

Kərim Vəliyev ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuperlə görüşüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev oktyabrın 12-də Bakıda işgüzar səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuperlə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.