​Qahirədə partlayış: 1 ölü, 9 yaralı

Hadisə "ədliyyə kompleksi" yaxınlığında baş verib

Hadisə

Bakı. 2 mart. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhərində məhkəmə binalarının yerləşdiyi "ədliyyə kompleksi" yaxınlığında partlayış baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin sözçüsü Hüsam Abdulğaffar məlumat verib.

Onun sözlərinə görə, "Təhrir" meydanına da yaxın olan və sıx izdihamın olduğu "Ramses" meydanı yaxınlığında törədilən partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Nəticədə ərazidəki metrostansiyaya giriş bağlanıb və hadisə yerində araşdırmalara başlanıb.