Avropada şaxtalı hava şəraitinə görə ölənlərin sayı 49 nəfərə çatıb

Donvurmadan ölüm halları daha çox Polşada qeydə alınıb

Donvurmadan ölüm halları daha çox Polşada qeydə alınıb

Bakı. 1 mart. REPORT.AZ/ Avropada şaxtalı hava şəraiti ilə əlaqədar azı 49 nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, don vurmadan ölüm halları daha çox Polşada qeydə alınıb.

Yerli polis fevral ayında Polşada 32 nəfərin donvurmadan öldüyünü, ölüm hallarının ayın sonunda - ölkədə şaxtalı hava tüğyan edərkən daha çox qeydə alındığını bildirib.

Çexiyada şaxtanın qurbanı 8 nəfər olub. İtaliyadakı soyuqdan iki evsiz adam ölüb. Evsizlərin soyuq hava dövründə sığınacaqla təmin edildiyi Fransada fevralın 23-dən bəri 4 nəfər ölüb.

Britaniya KİV-i Londonun yaxınlığındakı Uellinq şəhərində donmuş dənizdən bir kişinin cəsədinin çıxarıldığını yazıb. O, itini xilas etmək istərkən özü suya düşüb.