Ukraynalıların 85 faizi maaşlarından narazıdır

Bakı. 14 mart. REPORT.AZ/ Ukraynalıların 85 faizi maaşlarından narazıdır.

"Report" "Zerkalo nedeli"yə istinadən xəbər verir ki, bu, "Research & Branding Group"un apardığı sosioloji sorğunun nəticəsində məlum olub.

Bildirilir ki, narazıların əksəriyyəti 40-50 yaşlarında olan insanlardır. Onların arasında qadınların sayı kişilərin sayından çoxdur.

Sorğuda iştirak edənlərin cəmi 12 faizi əmək haqqından razı qaldığını deyib.

Sorğu Ukraynanın Kiyevin inzibati dairəsi altında olan ərazisində keçirilib.