Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

"Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək. Azərbaycan və İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı imzaladığı protokolunda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair əməkdaşlığın davam etdirilməsi öz əksini tapıb".

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Bundan başqa, nazir deyib ki, iki ölkə energetika sahəsində də əməkdaşlıq edir: “Xudafərin-Qız Qalası hidroqovşaqlarının birgə istismarı haqqında saziş imzalanıb. Biz bu layihənin başa çatdırılması istiqamətində də əməkdaşlığı davam etdirməyə qərar vermişik. Bundan başqa, Azərbaycan və İran arasında fiberoptik kabellərin çəkilməsi istiqamətində də razılıq əldə olunub və bununla da iki ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm layihə həyata keçirəcək”.