Prezident: "Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb"

Bakı. 9 aprel. REPORT.AZ/ “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” konfransında qəbul edilən qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.