Parisdəki terror aktlarında əsas şübhəli sayılan şəxs Brüsseldə həbs edilib

Salah Abdeslamı Fransaya ekstradisiya gözləyir

Salah Abdeslamı Fransaya ekstradisiya gözləyir

Bakı. 19 mart. REPORT.AZ/ Polis Brüsseldə xüsusi əməliyyat nəticəsində ötən il noyabrın 13-də Parisdə törədilən terror aktlarında əsas şübhəli şəxs olan Salah Abdeslamı həbs edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, ondan başqa, daha 4 nəfər həbs edilib.

Əməliyyat zamanı S.Abdeslam ayağından yaralanıb. Onu Fransaya ekstradisiya gözləyir.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Fransa paytaxtında törədilən ardıcıl terror aktları nəticəsində 130 nəfər həlak olmuşdu. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.