2016-cı il Suriyanın dinc əhalisi üçün ən faciəli il olub

Başa çatmaqda olan ildə mülki əhaliyə rekord sayda hücum olub

Başa çatmaqda olan ildə mülki əhaliyə rekord sayda hücum olub

Bakı. 29 dekabr. REPORT.AZ/ 2016-cı il Suriyanın mülki əhalisi üçün ən faciəli il olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində Suriyadakı hadisələrin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyanın rəhbəri Paulu Pinyeyru bildirib.

Onun sözlərinə görə, başa çatmaqda olan ildə mülki əhaliyə münaqişənin bütün iştirakçıları tərəfindən rekord sayda hücum olub.