KİV: ABŞ Prezidenti Venesuelaya hərbi müdaxilə etmək istəyirmiş

Bakı. 28 yanvar. REPORT.AZ/ "ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Venesuelaya hərbi müdaxilənin mümkünlüyünü nəzərdə tuturdu".

“Report” xəbər verir ki, bu məlumatı “Axios” saytı yayıb.

Bildirilib ki, o, Respublikaçılar Partiyasından olan senator Linds Qremlə məsləhətləşib.

“Hərbi qüvvə tətbiqi haqqında nə düşürüsüz?”, - Donald Trampın senatordan soruşduğu ethimal edilir. Bilridirilib ki, bu sual senatoru təəccübləndirib.

Qeyd edilib ki, ABŞ Prezidenti Venesuelaya müdaxilə etmək üçün əsas olmadığında bu addımı atmayıb.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo Venesuelanın müvvəqəti prezidenti elan olunub.

Bir müddət əvvəl Venesuel Prezidenti Nikolas Maduronun kiçik oğlu bidirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətqbiq edəcəyi halda Ağ evi ələ keçirəcək.