​İraqda antiterror əməliyyatı nəticəsində 23 İŞİD terrorçusu zərərsizləşdirilib

Mosulun Sincar rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib

Mosulun Sincar rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ İraqın təhlükəsizlik srtukturları və beynəlxalq koalisiya güclərinin Anbar, Ninova və Diayla əyalətlərində birgə keçirdikləri antiterror əməliyyat nəticəsində İŞİD-in 23 silahlısı zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda əməliyyatların komandanı, briqada generalı Kasım əl-Mahmudi bildirib.

Onun sözlərinə görə, Ramadi əyalətinin əl-Buşecel rayonundakı əməliyyatda 8 İŞİD silahlısı öldürülüb, 7-si yaralanıb.

İraqın Dilay əyalətinin Hamrin dağlarında keçirilən əməliyyat nəticəsində 3 İŞİD-çi zərərsizləşdirilib.

Mosulun Sincar (Səncər) rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib.