ABŞ-da marixuananın leqallaşması "fast-food" dövriyyəsini artırıb

Əsas artım "McDonalds"larda qeydə alınıb

Əsas artım

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın bir sıra ştatlarında marixuananın leqallaşdırılması "fast-food" satışlarını artırıb.

"Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumat "Green Market Report" və "Consumer Research Around Cannabis" təşkilatlarının apardığı araşdırma nəticəsində yayımlanıb.

Araşdırmaya görə, marixuananın istifadəsi iştahı artırır və istehlakçılar sürətli xidmət göstərən restoranlara üz tuturlar. "Bloomberg" agentliyinə görə, araşdırmanın müəllifləri bildiriblər ki, marixuana istifadə edən insanların 43%-i "McDonalds"da, 18%-i "Taco Bell"də, 17,8%-i isə "Wendy's" "fast-food" zəncirlərini ziyarət edirlər.

Qeyd edək ki, araşdırma aparılan ştatların əhalisinin ümumi sayı 55 mln. nəfər təşkil edir və bunların 4,7 mln. nəfəri və ya 8,5%-i marixuanadan mütəmadi olaraq istifadə edir.