Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov növbəti dəfə qələbə qazanıb.

“Report” xəbər verir ki, Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gələn 33 yaşlı M.Məcidov rəqibinə texniki nokautla qalib gəlib.

Qeyd edək ki, bu, həvəskarlar arasında üçqat dünya çempionu olan M.Məcidovun peşəkar rinqdə ikinci görüşüdür. 

İdmançımız hər iki görüşü nokautla qalib gəlib.