Bakıda Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək

Konsert Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub

Konsert Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub

Bakı. 8 may. REPORT.AZ/ Bakı Musiqi Akademiyasında mayın 16-da Norveç Kamera Ansamblının iştirakı ilə konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert Norveçin Konstitusiya Gününə və Norveç və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Konsert zamanı Lüdviq van Bethoven, Yohan Kvandala, Cəlalə Abbasova, Yohan Svendsenin bəstələri ifa olunacaq.