Gürcüstanda yeni ictimai hərəkat yaradılıb

Gürcüstanda yeni “Lelo” adlı ictimai hərəkat təsis olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilatın təqdimatı Anaklia şəhərində dəniz kənarında keçirilib.

Hərəkatı TBC Bankın təsisçiləri Mamuka XazaradzeBadri Caparidze yaradıb. 

M.Xazaradze bildirib ki, hərəkatın məqsədi Gürcüstanda birliyə nail olmaqdır.

Hərəkatın daha sonra siyasi partiyaya çevriləcəyi gözlənilir.