Bakıda marketdən seyf oğurlanıb

Bakıda marketdən seyf oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də rayon ərazisindəki marketlərin birindən içərisində 1800 manat olan seyfi və 1000 manat dəyərində tütün məmulatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin götürülüb.