“Kəpəz” komandası təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək

Gəncə təmsilçisi Ərzurumda hazırlıq keçəcək

Gəncə təmsilçisi Ərzurumda hazırlıq keçəcək

Bakı. 8 iyun. REPORT.AZ/ “Kəpəz” klubunun 2017/2018 futbol mövsümü üçün hazırlıq planı müəyyənləşib. 

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də Bakıda bir araya gələcək komanda iki gün ərzində tibbi müayinədən keçəcək.

Gəncə təmsilçisi iyunun 14-dək paytaxtda hazırlaşacaq. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv bu müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırıb.

“Sarı-göylər” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yollanacaq. 15 - 25 iyunda Ərzurumda məşq edəcək “Kəpəz” üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.

Komanda Türkiyədən qayıtdıqdan sonra çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.