Azərbaycan I Divizionunun 2018/2019 mövsümünə start veriləcəyi tarix müəyyənləşib

Bakı. 10 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun 2018/2019 mövsümünə start veriləcəyi tarix müəyyənləşib.

“Report” xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirakçı klubların nümayəndələri ilə məsləhətləşdikdən sonra müvafiq qərar qəbul olunub. 

Yeni mövsümün I turunun oyunları avqustun 23-24-də keçiriləcək.