Yunanıstanda futbol matçı məşqçinin xəsarət alması ilə əlaqədar təxirə salınıb

Bakı. 26 fevral. REPORT.AZ/ Yunanıstanжт Superliqası çərçivəsində keçirilən PAOK - "Olimpiakos" matçı qonaqların məşqçisi Oskar Qarsiyanın xəsarət almasından sonra ləğv olunub.

"Report" xəbər verir ki, buna səbəb ona tribunadan atılan əşya olub.

Məlumata görə, matçın başlamasına bir neçə dəqiqə qalmış PAOK-un fanatları ispan mütəxəssisə kassa aparatında istifadə edilən kağız rulonu atıblar. "Cadena Ser" xəbər verir ki, əşya məşqçinin üzünə dəyib. Nəticədə onun dodağı partlayıb. 

Qarsiyaya tibbi yardım göstərilib. O, xəstəxanaya yerləşdirilib.