​Rusiya Avropa Şurası Parlament Assambleyasını tərk edir

Bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bildirib

Bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bildirib

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov çərşənbə günü bəyan edib ki, Rusiya ilin sonunadək assambleyanı tərk edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu o, AŞPA-nın Rusiyanın rəhbər orqanlarda səs vermək və iştirak etmək hüququ üzrə səlahiyyətlərini aprel ayınadək dayandırmaq haqqında qərarını şərh edərkən bildirib.

"Biz AŞPA-nı ilin sonunadək tərk edirik", - deyə o vurğulayıb.