Bakıda gənc bayker motosikletin aşması nəticəsində ağır xəsarət alıb

Hadisə "Buta Palace" yaxınlığında baş verib

Hadisə

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Buta Palace" yaxınlığında 1993-cü il təvəllüdlü Zeynalov Orxan Mehman oğlu idarə etdiyi idman üslublu motosikletlə yol kənarındakı yamaca aşıb.

Nəticədə O.Zeynalov ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər baykerin vəziyyətinin ağır olduğunu bildirir.

Fakt araşdırılır.