Gəncədə gənc oğlanı avtomobil vuraraq xəsarət yetirib

Hadisə Cavad xan qəsəbəsində baş verib

Hadisə Cavad xan qəsəbəsində baş verib

Gəncə. 4 dekabr. REPORT.AZ/ Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Cavad xan qəsəbəsində baş verib.

Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Röyal Nurqədər oğlu Abdullayev yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobillə vurulub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.