Mendeleyevin dövri cədvəlindəki yeni kimyəvi elementə ad verilib

113-cü kimyəvi elementi Yaponiyanın "Riken" Təbiət Elmləri İnstitutunun mütəxəssisləri tapıb

113-cü kimyəvi elementi Yaponiyanın

Bakı. 30 noyabr. REPORT.AZ/ Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlindəki yeni - 113-cü kimyəvi elementə rəsmən nihonium adı verib.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

Ümumiyyətlə, bu kimyəvi elementi Yaponiyanın "Riken" Təbiət Elmləri İnstitutunun mütəxəssisləri tapıblar. Kosuke Moritanın başçılıq etdiyi qrup yeni superağır elementin kəşf edilməsi işlərinə 2003-cü ildən başlayıb. 2015-ci il dekabrın 31-də alimlərin kəşfi rəsmi qaydada təsdiqlənib.