Mexikoya uçan təyyarədə ilan aşkar olunub

Sərnişinlər arasında zərər çəkən olmayıb

Sərnişinlər arasında zərər çəkən olmayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bazar ertəsi Meksikanın Torreon şəhərində paytaxt Mexiko istiqamətində uçan "Aeromexico" aviaşirkətinə məxsus təyyarənin salonunda kiçik zəhərsiz ilan aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında bildirilir.

Məlumata görə, göyərtədə təşviş olmayıb. Qəbul olunan qaydalar çərçivəsində, tədbir görülüb, təyyarə eniş edib. Heç kim zərər çəkməyib. Baytarlıq nəzarəti xidməti sürünənin Meksikanın şimal hissəsində yaşayan növlərdən birinə aid olduğunu bildirib.

"Biz yerli icra orqanları ilə birgə ilanın göyərtəyə necə daxil olduğunu, içəri özü keçdiyini və ya sərnişinlərdən kiminsə əl çantası ilə keçirildiyini araşdırırıq", - deyə "Aeromexico" aviaşirkətindən bildirilib.