Azərbaycan voleybol yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Püşkatma mərasimi Lüksemburqda keçirilib

Püşkatma mərasimi Lüksemburqda keçirilib

Bakı. 12 oktybar. REPORT.AZ/ 2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib. G qrupunda yer alan Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.

Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququna yiyələnəcək. Həmçinin 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündür. Bunun üçün 7 qrupun ikinciləri arasında ən çox xal toplayan 5 komanda sırasına düşmək lazımdır. Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.

A qrupu: Finlandiya, Danimarka, Rumıniya

B qrupu: Estoniya, Latviya, İsrail

C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya

D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya

E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan

F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə

G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33-cü, Lüksemburq isə 34-cü yerdədir. 2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.