Gürcüstanda prezident seçkilərində səsvermə keçirilir - FOTOREPORTAJ

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərində səsvermə keçirilir.

"Report" xəbər verir ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı var.

Ekspertlərin sözlərinə görə, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedir. Səsverməni 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir. Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırır.