ABŞ-ın məşhur rep ifaçısı vəfat edib

Prodigy bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Prodigy bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Bakı. 21 iyun. REPORT.AZ/ ABŞ-ın məşhur “Mobb Deep” rep qrupunun ifaçısı Prodigy (Albert Conson) 42 yaşında vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu musiqiçinin təmsilçisi bildirib.

İnformasiyaya əsasən, Conson bir neçə gün əvvəl anemiyanın kəskinləşməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onda bu xəstəlik anadangəlmə olub.

Bununla belə onun ölümünün səbəbi hələ müəyyən edilməyib.

Məlumata görə,  Prodigy Havos adlı reperlə 1990-cı illərdə “Mobb Deep” musiqi duetini qurub.