Səhiyyə Nazirliyi: Bayram günlərində bədbəxt hadisələr və ya kütləvi zəhərlənmələr qeydə alınmayıb

Bayram günləri təcili tibbi yardıma müraciətlərin sayı adi günlərdən fərqlənməyib. 

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, 1900-2000 arası olan müraciətlər arasında bədbəxt hadisələr və ya kütləvi zəhərlənmələr qeydə alınmayıb.