"Sumqayıt" sabiq futbolçusunu heyətinə qatıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Sumqayıt” klubu növbəti futbolçunu heyətinə cəlb edib.

“Report” xəbər verir ki, Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. 22 yaşlı yarımmüdafiəçi 2011-2015-ci illərdə də çıxış etdiyi sabiq komandasında 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, O.Əliyev daha əvvə “Sumqayıt”ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirən futbolçu, həmçinin “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in (39 oyun, 3 qol) də uğurları üçün çalışıb. O.Əliyev U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərdə də çıxış edib.

O.Əliyev bu ilin yayında "Səbail"lə müqavilə bağlasa da, sonradan səhhətində problem yarandığı üçün sözləşməsinə xitam verilib.