Sumqayıtda yolu keçmək istəyən qadını maşın vurub

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayonda baş verib

Belə ki, “Suzuki” markalı “90 OP 812” dövlət nömrə nişanlı avtomaşın yolu keçən 1967-ci il təvəllüdlü Nağıyeva Zöhrə Vəlican qızını vurub. 

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.