Kürdəmirdə 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb

Kürdəmir rayonunda 7 yaşlı uşaq yıxılaraq xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qağacılı kənd sakini, 2012-ci il təvəllüdlü Xəlilov Aqşin Füzuli oğlu həyətyanı sahədə oynayarkən yıxılıb. 

Azyaşlı sol bazu sümüyünün qapalı yerdəyişmə sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.