​24 yaşlı cüdoçu göldə batıb

O, İtaliyada yerləşən "La Garda" gölündə batıb

O, İtaliyada yerləşən

Bakı. 28 sentyabr. REPORT.AZ/ Çexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında ölüb. "Report"un Beynəlxalq Cüdo Federasiyasına istinadən vediyi məlumata görə, o, ötən həftənin cümə günü İtaliyada yerləşən "La Garda" gölündə batıb.

A.Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq.

Gənc cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub.