Azərbaycan bankları 3 aydır ki, xidmət şəbəkəsini genişləndirmir

Bakı. 1 iyun. REPORT.AZ/ Bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511, bank şöbələrinin sayı isə 143 olub. 

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu rəqəmlər fevral, mart və aprel aylarında dəyişməyib. 

Yalnız bu ilin yanvar ayında, yəni ilin əvvəlindən sektorun filiallarının sayı 2 vahid, şöbələrinin sayı isə 1 vahid artıb. 

Son 1 ildə filialların sayında 49 vahid azalma, şöbələrinin sayında isə 3 vahid artım olub.