Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Lerik rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


*** 14:23

Lerik rayonunda yol qəzası baş verib. 

“Report”un Cənub Mərkəzinin məlumatına görə, “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Qəza  zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti daha ağır olan sürücü Reanimasiya, digərləri isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.