​Azərbaycan gimnastları Avropa çempionatının finalında iştirak edib

Oleq Stepko uğurlu çıxış edib

Oleq Stepko uğurlu çıxış edib

Bakı. 20 aprel. REPORT.AZ/ Fransanın Montpellye şəhərində yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan gimnastları ilk dəfə olaraq finallarda çıxış ediblər. 

"Report"un məlumatına görə, çoxnövçülükdə finala qədər yüksələn Oleq Stepko və Petro Paxnyuk həmçinin paralel qollarda finalda çıxış etmək hüququ qazanıblar.

Oleq Stepko dəstəli at üzərində hərəkətlərdə finala çıxaraq 6-cı yerdə qərarlaşıb. Paralel qollarda hərəkətlərə görə isə Oleq 4-cü olub.