Lavrov: "ABŞ ikili standart siyasətini davam etdirir"

"Ukrayna prezidenti ölkəsindən qaçarkən Yanukoviçə dəstək verilmədi, halbuki oxşar vəziyyətə düşün Yəmən liderinə kömək edilir"

Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Xarici İşlər naziri Sergey Lavrov rəsmi Vaşinqtonun Ukrayna və Yəmən hadisələri ilə bağlı mövqeyində ciddi təzadlar olduğuna diqqət çəkərək, ABŞ rəhbərliyini ikili standart siyasəyini tətbiq etməkdə ittiham edib.

"Ukrayna prezidenti ölkəsindən qaçarkən ABŞ Viktor Yanukoviçə dəstək vermədi, halbuki oxşar vəziyyətə düşün Yəmən liderinə kömək edilir. Bu, ikili standartların bariz nümunəsidir", - deyən S.Lavrov, Ukrayna böhranının genişləməsində məhz Qərbin qərəzli siyasəıtinin rol oynadığını bildirib.