​Sorğu: Azərbaycan əhalisi iqtisadi artımın olacağına ümid edir

Azərbaycan postsovet məkanının on lider ölkələri arasında iqtisadi artımı gözləyən yeganə dövlətdir

Azərbaycan postsovet məkanının on lider ölkələri arasında iqtisadi artımı gözləyən yeganə dövlətdir

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanın əksər sakinləri yaxın perspektivdə ölkədə iqtisadi artım gözləyir. "Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə "WIN/Gallup International" assosiasiyası tərəfindən təşkil olunan "End of Year" tədqiqatlarının nəticəsində deyilir. 

65 ölkədə 64 002 respondent arasında keçirilən tədqiqat göstərib ki, 42% respondent iqtisadi inkişafın artmasını gözləyir.

Sənədə əsasən, Azərbaycanda Çində olduğu kimi, iqtisadi artımı 55% respondent gözləyir. Nəticədə, Azərbaycan postsovet məkanının on lider ölkələri arasında iqtisadi artımı gözləyən yeganə dövlət olub. 

Bununla yanaşı qeyd olunur ki, dünyada 23% respondent resessiyanı daha mümkün hesab edir. İqtisadi azalmanı ən çox Qərbi Avropada (40% respondent), Şərqi Avropada (34%), eləcə də Şimali və Cənubi Amerikada (33%) gözləyirlər.