Biləsuvarda qəza olub, xəsarət alan var

Biləsuvar rayonunda yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yolun kənarında park edilmiş traktorun qoşqusuna çırpılıb. 

Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.