Milli Məclisə seçkiləri izləmək üçün 501 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Beynəlxalq müşahidəçilər 27 ölkəni təmsil edirlər

Beynəlxalq müşahidəçilər 27 ölkəni təmsil edirlər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 501 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, beynəlxalq müşahidəçilər 27 ölkəni təmsil edirlər.

M.Pənahov qeyd edib ki, MSK-da 2 619 yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 63 mindən artıq müşahidəçi qeydə alınıb.