FTX: Rusiyada terror qrupların əsasını MDB ölkələrindən olan miqrant işçilər təşkil edir

Aleksandr Bortnikov: "Belə şəxslər Rusiyaya gəldikdən sonra miqrantlar mühitində fəal cəlbetmə fəaliyyəti ilə məşğul olur"

Aleksandr Bortnikov:

Bakı. 11 aprel. REPORT.AZ/ "Mövcud məlumatların təhlili göstərir ki, terror qruplarının əsasını əmək miqrasiyası axınları ilə Rusiyaya gələn MDB vətəndaşları təşkil edir".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, belə şəxslər Rusiyaya gəldikdən sonra miqrantlar mühitində fəal cəlbetmə fəaliyyəti ilə məşğul olur.

FTX rəhbəri Rusiyaya gələn yaraqlıların bir hissəsinin Suriya və İraqda təlim keçdiyini və döyüşlərdə iştirak etdiyini əlavə edib.