KİV: İranda polis və sufilər arasında toqquşmalar olub, 3 nəfər ölüb

Kütləvi iğtişaşlar zamanı avtobus bir qrup polisin üzərinə sürülüb

Kütləvi iğtişaşlar zamanı avtobus bir qrup polisin üzərinə sürülüb

Bakı. 20 fevral. REPORT.AZ/ İranın paytaxtı Tehranda sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsindən sonra sufi-dərvişlərlə polis arasında amansız qarşıdurmalar baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Londonda nəşr edilən "Əş-Şark əl-Ausat" qəzeti yazıb.

Qəzetin məlumatına görə, kütləvi iğtişaşlar zamanı dərvişlərdən biri avtobusu bir qrup polisin üzərinə sürüb. Üç polis məmuru ölüb, sürücü həbs edilib.

Polis qüvvələri ölkənin təhlükəsizliyini təhdid altına salan istənilən qanunsuz hərəkətlərə qarşı çox ciddi tədbirlər görəcəyini bildirib.