İmişlidə yol qəzası baş verib, xəsarət alan var - FOTO

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Nəcməddin Savalanov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - İmişli rayonunun Cəfərli kənd sakini Rövşən Mirzəli oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.