Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə izləyib

ABŞ-da 99 il ərzində ilk dəfə Günəş tutulmasını ölkənin bütün ərazisində izləmək mümkün olub

ABŞ-da 99 il ərzində ilk dəfə Günəş tutulmasını ölkənin bütün ərazisində izləmək mümkün olub

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Günəş tutulmasını xanımı və oğlu ilə birlikdə, Ağ Evin eyvanından izləyib.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Məlumata görə, ona xanımı Melanya və oğlu Berron da qoşulub.

ABŞ-da 99 il ərzində ilk dəfə Günəş tutulmasını ölkənin bütün ərazisində izləmək mümkün olub. 

"CNN" və "NASA" təbii hadisəni izləyə bilməyənlər üçün canlı yayım aparıb.