Azərbaycanın sənaye və texnologiyalar parklarındakı sahibkarların əmlak vergisindən azad edilməsi müddəti artırılır

Gələn ildən Azərbaycanın sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər qeydiyyata alındıqları ildən başlayaraq 10 il ərzində əmlak vergisi ödəməyəcəklər.

“Report” xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda bu müddət 7 ildir.