Britaniyanın XİN rəhbəri Rusiya səfirinin əlini sıxmaqdan imtina edib

Bakı. 16 mart. REPORT.AZ/ Britaniyanın XİN rəhbəri Boris Conson Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenko ilə əl-ələ görüşməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə rusiyalı diplomatın özü "RİA Novosti"yə bildirib.

Səfirin sözlərinə görə, hadisə bu yaxınlarda baş verib. Belə ki, nazir bir neçə gün əvvəl baş tutan görüşdə "Britaniya protokolu"na uyğun olaraq diplomatın əlini sıxmaqdan imtina edib. 

"Səfirin Xarici İşlər Nazirliyinə çağırılması halları ilə bağlı Britaniyanın xüsusi protokolu var. Təbii ki, o, (Boris Conson -red) Rusiyanın siyasəti ilə bağlı özünün qəzəbini nümayiş etdirdi. O, mənə xoşagəlməz şeylər haqqında danışmalı idi və buna görə səfir onun nazirin əlini sıxmağa layiq deyil", - deyə Yakovenko bildirib.