İraqda İŞİD-in təbliğatçılarından biri öldürülüb

Koalisiya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İbrahim əl-Ənsari ilə yanaşı 4 terrorçu da məhv edilib

Koalisiya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İbrahim əl-Ənsari ilə yanaşı 4 terrorçu da məhv edilib

Bakı. 31 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının təbliğat “şefilərindən” biri olan İbrahim əl-Ənsari və onunla birlikdə daha 4 silahlı öldürülüb.

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu İraqdakı koalisiya qüvvələrinin sözçüsü Cozef Skrokka bildirib.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin İraqın Suriya ilə sərhədində yerləşən Əl-Qaim bölgəsində keçirdiyi əməliyyat nəticəsində İbrahim əl-Ənsari və 4 terrorçu məhv edilib.